• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

AVRO-2024-də qorxulu anlar - futbolçu huşunu itirdi

İDMAN

24 Iyun 2024 | 10:12

AVRO-2024-də qorxulu anlar - futbolçu huşunu itirdi

Ötən gün AVRO-2024-ün A qrupunun son oyununda təhlükəli anlar yaşanıb.  

Bakıvaxtı.az xəbər verir ki, Macarıstanın heyətindən Varqa Barbanas 70-ci dəqiqədə şotlandiyalı qapıçı Qunn ilə toqquşub. 

Zərbədən huşunu itirən Varqaya bir müddət meydançada ilkin müdaxilə edilib. Komanda yoldaşları və rəsmilər futbolçunun görüntülənməməsi üçün ətrafına düzülüblər.

Bundan sonra o, təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Daha sona Varqanın huşunun yerinə gəldiyi barədə açıqlama verilib.

Qeyd edək ki, Macarıstan Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək qrup üçüncüsü olub. 


SON XƏBƏRLƏR