• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

 "Qarabağ" "Linkoln"u məğlub etdi - YENİLƏNİB

İDMAN

23 Iyul 2024 | 22:00 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Linkoln"u məğlub etdi - YENİLƏNİB

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

21:35

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçında ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, “Europa Point Stadium”dakı matçda Ağdam təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

75-ci dəqiqədə Toral Bayramov adını tabloya yazdırıb.
 

21:02

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Europa Point Stadium”dakı matçda Ağdam təmsilçisinin üstünlüyü davam edir - 1:0.

45+2-ci dəqiqədə Juninyo fərqlənib.

 

21:04

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Europa Point Stadium”dakı matçda Ağdam təmsilçisinin üstünlüyü davam edir - 1:0.

45+2-ci dəqiqədə Juninyo fərqlənib.

***20:48

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçında hesab açılıb və ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Europa Point Stadium”dakı matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb - 1:0.

45+2-ci dəqiqədə Juninyo fərqlənib.

 

***20:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma “Europa Point Stadium”da keçirilir.

Görüşü macarıstanlı İştvan Vad idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026