• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynalı atlet dopinqə görə cəzalandırılıb

İDMAN

22 Avqust 2024 | 15:13

Ukraynalı atlet dopinqə görə cəzalandırılıb

Ukraynalı atlet Natalya Leqonkova müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Athletics Integrity Unit" (AIU) qərar çıxarıb.

41 yaşlı idmançının dopinq testində qadağan olunmuş eritropoetin maddəsi aşkarlanıb. Qərar avqustun 21-dən qüvvəyə minir.

Qeyd edək ki, Natalya Leqonkova karyerası ərzində Polşa, Şotlandiya, Fransa və ABŞ-də baş tutmuş marafon yarışlarında qalib gəlib. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş olimpiadada 87-ci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026