• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Avropa Kuboku: Millimiz ilk oyunda məğlub oldu

İDMAN

22 Avqust 2024 | 16:20

Avropa Kuboku: Millimiz ilk oyunda məğlub oldu

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gəlib.

Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.

Komanda bu gün, Bakı vaxtı ilə saat 19:15-də meydan sahibləri ilə qarşılaşacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.


SON XƏBƏRLƏR