• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Ronaldo ilə görüşmək üçün meydana girən azyaşlı azarkeş türk imiş - FOTO

İDMAN

24 Iyun 2024 | 16:02

Ronaldo ilə görüşmək üçün meydana girən azyaşlı azarkeş türk imiş - FOTO

AÇ-2024-ün qrup mərhələsində keçirilən Portuqaliya – Türkiyə (3:0) oyununda meydana çıxaraq Kriştianu Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı uşağın türkiyəli Berat Uluğ olduğu ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun atası Çetin Uluğ məlumat verib. 

O, oğlunun meydana girməsi ilə bağlı yalan danışdığını deyib: “Mənə tualetə gedirəm dedi. Sonra gördüm ki, ehtiyat oyunçular skamyasının üzərindən stadiona tullandı və qaçmağa başladı”. 

Almaniyanın “Hessen Kassel” klubunun 11 yaşlılardan ibarət komandasında çıxış edən Berat Uluğ isə “xəyallarımı reallaşdırdım. Ronaldo ilə fotom var və onu bir formaya həkk etdirib otağımda asacam” deyərək sevincini bölüşüb. /qafqazinfo.az


SON XƏBƏRLƏR