• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Xavinin yerinə onunla razılaşdılar

İDMAN

25 May 2024 | 13:18

Xavinin yerinə onunla razılaşdılar

“Barselona”nın yeni çalışdırıcısı məlum olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, Kataloniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib. 

Klubun məşqçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayacağı vurğulanıb. 

Xatırladaq ki, “Barselona” ötən gün Xavi ilə yollarının ayrıldığını açıqlamışdı. 

Qeyd edək ki, Hans-Diter Flik son olaraq Almaniya millisini çalışdırıb. O, “Bavariya”nın da baş məşqçisi olub.


SON XƏBƏRLƏR

16 Iyun 2024