• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazandı - YENİLƏNİB

İDMAN

24 Iyun 2024 | 01:00

AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazandı - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən matç macarların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstana A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.

 

***00:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ştutqartdakı "MHP Arena"dakeçirilən matçda hesab açılmayıb.

Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.

 

***23:50

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da birinci yarıdan sonra qapılara qol vurulmayıb.

Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.

 

***23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun oyunu Frankfurtdakı "Valdştadion"da keçirilir.

Qeyd edək ki, qarşılaşmanı italiyalı baş hakim Daniele Orsato idarə edir.


SON XƏBƏRLƏR