• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Amerika Kuboku: Uruqvay Panamanı məğlub etdi

İDMAN

24 Iyun 2024 | 09:32

Amerika Kuboku: Uruqvay Panamanı məğlub etdi

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda daha iki oyun baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, C qrupunda iki matç gerçəkləşib.

Meydan sahibləri Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Balogun fərqlənib.

Digər görüşdə Uruqvay Panamanı 3:1 hesabı ilə məğlub edib. Birincilərdə Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vina adını taploya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murillo imza atıb. "Turan Tovuz" klubunun panamalı legioneri Roderik Miller bu oyunda sonadək meydanda olub.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR