• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"WhatsApp"ın daha bir yeniliyi

MULTİMEDİA

26 Aprel 2024 | 17:11

"WhatsApp"ın daha bir yeniliyi

Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün məşhur "WhatsApp" messenceri video mesajlarla bağlı yeni funksiyanı işə salacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.

Məlumata görə, istifadəçilər video mesajları bir söhbətdən digərinə ötürə biləcəklər.

Portal müəllifləri vurğulayırlar ki, hazırda bir həmsöhbət üçün çəkilmiş videolar digərinə göndərilə bilməz.

Bildirilib ki, yeni seçim istifadəçilərə vaxta qənaət etməyə və daha sürətli mesaj mübadiləsinə kömək edəcək.

Portal tərtibatçıları həmçinin əmindirlər ki, video mesajlar göndərməklə messencer müştəriləri bu ünsiyyət rejimindən daha tez-tez istifadə edəcəklər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026