• Bakı 26° C

    10.63 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

“WhatsApp”ın yenilikləri davam edir

Multİmedia

21 May 2024 | 17:28

“WhatsApp”ın yenilikləri davam edir

Məşhur “WhatsApp” messencerinə yeni funksiya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat “WABetaInfo” saytı məlumat yayıb.

Məlumata görə, “WhatsApp” tərtibatçıları istifadəçilərə oxunmamış mesajların sayını sıfırlamağa imkan verəcək yeni funksiya hazırlayır.

Belə ki, bu funksiya istifadəçilərə bildirişlərin sayını avtomatik olaraq sıfırlamağa imkan verəcək.

Mütəxəssislər qeyd edirlər ki, yeni funksiya xüsusilə qrup çatlarından çoxlu sayda mesaj alan istifadəçilər üçün faydalı olacaq. Bu funksiya ilə onlar bildirişlərini daha effektiv idarə edə və daxil olan yazışmaları prioritetləşdirə biləcəklər.

Bildirilib ki, yeni funksiya hazırda inkişaf mərhələsindədir.

Seçim Android cihazları üçün növbəti proqram yeniləməsində əlçatan olacaq.

Qeyd olur ki, həvəskarlar smartfonlarında 2.24.11.13 konstruksiya nömrəsi olan "WhatsApp" beta versiyasını quraşdıraraq seçimi indi sınaya bilərlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyun 2024