• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Uşaqlar “WhatsApp”a daxil ola bilməyəcək

MULTİMEDİA

12 Iyun 2024 | 16:40

Uşaqlar “WhatsApp”a daxil ola bilməyəcək

Meta şirkətinə məxsus məşhur “WhatsApp” messenceri bəzi ölkələrdə istifadəçilər üçün məcburi yaş yoxlaması tətbiq etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “WaBetaInfo” məlumat yayıb.

Məlumata görə, yenilik onunla əlaqədardır ki, Avropa internet xidmətindən istifadə üçün minimum yaş həddi (13 yaş) təsdiqləyib, lakin “WhatsApp”da lazımi yoxlama aləti yoxdur.

Yeni funksiya istifadəçiləri doğum tarixini daxil etməyə sövq edəcək, bu tarix gizli saxlanılacaq və ilk girişdən sonra dəyişdirilə bilməz.

Bu strategiya əvvəllər “Instagram”da tətbiq edilmiş oxşar yanaşmanı xatırladır.

Bildirilib ki, bu funksiyanın icrasının dəqiq tarixi və icra təfərrüatları naməlum olaraq qalır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Iyun 2025