• Bakı 16° C

    13.07 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

“WhatsApp”da bu da mümkün oldu

MULTİMEDİA

11 Iyul 2024 | 16:22

“WhatsApp”da bu da mümkün oldu

“WhatsApp”a yeni funksiya gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, “WhatsApp” tərtibatçıları səsli mesajın transkripsiya funksiyasını sınaqdan keçirməyə başlayıblar.

Bildirilib ki, Yenilik artıq WhatsApp-ın Android üçün 2.24.15.5 nömrəli beta versiyasında müşahidə olunub.

Dərc edilmiş ekran görüntülərinə əsasən, tətbiqi sınaqdan keçirənlər qəbul edilmiş və göndərilmiş səsli mesajlar üçün transkripsiya funksiyasını artıq aktivləşdirə bilirlər.

Bu qərar məxfilik məqsədi ilə qəbul edilib və “WhatsApp” serverlərində məlumatları emal etmədən səsli mesajları birbaşa cihazda transkripsiya etməyə imkan verir.

Bu mərhələdə istifadəçilər rus, ingilis, ispan, portuqal və hindi daxil olmaqla, beş mövcud transkripsiya dilindən yalnız birini seçə bilərlər.

Gələcəkdə dəstəklənən dillərin sayının artırılacağı qeyd olunub.

Bu funksiya hazırda sadalanan dillərin geniş yayılmış və ya dəstəkləndiyi bəzi ölkələrdə məhdud sayda istifadəçilər üçün əlçatandır.

Yeniliyin Android və iOS sistemlərində bütün “WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi açıqlanmır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Oktyabr 2024