• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

“Meta” şirkəti əvvəlcə üzr istəməlidir - Uraloğlu

MULTİMEDİA

06 Avqust 2024 | 15:17

“Meta” şirkəti əvvəlcə üzr istəməlidir - Uraloğlu

Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.

Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR