“WhatsApp” messencerinə yeni funksiya əlavə ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.
Məlumata görə, “WhatsApp” tətbiq interfeysinin rəngini dəyişməyə imkan verəcək yeni variant təqdim edəcək.
Ekspertlərin fikrincə, dizaynın işıqlı və qaranlıq olmaqla iki variant olacaq.
“İşıqlı variantdan istifadə etməklə ənənəvi yaşıl qara ilə əvəz olunacaq, nəticədə daha müasir və minimalist dizayn əldə olunacaq. Qaranlıq variantda isə əsas rəng ağa keçəcək və bu, mətnin oxunuşunu yaxşılaşdıracaq kontrast yaradacaq”, - deyə materialda deyilir.
Bildirilib ki, tətbiq interfeysinin rəngini seçmək funksiyası inkişaf mərhələsindədir və o, “Android” cihazları üçün gələcək xidmət yeniləməsində əlçatan olacaq.
Mina Mikayılova





png-1726669246.webp)










