• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

10 mindən çox abunəçisi olan blogerlər reyestrdən keçəcək

MULTİMEDİA

09 Avqust 2024 | 09:50

10 mindən çox abunəçisi olan blogerlər reyestrdən keçəcək

Rusiya prezidenti Vladimir Putin 10 mindən çox abunəçisi olan blogerlərin qeydiyyatı haqqında qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla “Blogerlərin reyestri haqqında” qanun qüvvəyə minib.

Blogerlər xüsusi reyestrə daxil edilmək üçün özləri haqqında məlumatları "Roskomnadzor"a təqdim etməlidirlər. Əks təqdirdə kanalı bloklana bilər. Ərizəyə hansı məlumatların daxil edilməsinin lazım olacağı hələ məlum deyil. Amma söhbət istənilən sosial şəbəkələrdəki bloqlardan gedir.

Eyni zamanda, qeydiyyatdan keçməmiş kanallarda reklamlar, ianə keçidləri yerləşdirmək və ya məzmunu başqa üsullarla monetizasiya etmək mümkün olmayacaq. "Roskomnadzor" reyestrində qeydiyyatdan keçmiş blogerlərə də qeydiyyat olmadan kanallardan "repost" etmək qadağan olunacaq.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024