• Bakı 26° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Bələdiyyə qərarları elektron portala yerləşdiriləcək

Multİmedia

27 Iyun 2024 | 13:22

Bələdiyyə qərarları elektron portala yerləşdiriləcək

Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala yerləşdirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.


SON XƏBƏRLƏR