• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

“WhatsApp” dəyişdi

Multİmedia

10 May 2024 | 16:25

“WhatsApp” dəyişdi

“WhatsApp” dizaynını tamamilə dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun tərtibatçıları “X” sosial şəbəkəsində məlumat verib.

Belə ki, yenilənmiş dizayn sistem mövzusundan asılı olaraq ağ və ya qara rəngə çevrilən yaşıl rəng sxemini itirib.

Eyni zamanda, yaşıl rəng qalaraq, o,  bildiriş nişanları və funksiya düymələrini vurğulayır.

Bundan əlavə, proqramın Android versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb ki, bu da messenceri iPhone versiyasına bənzədir.

Tərtibatçılar qeyd edirlər ki, onlar qaranlıq rejimə diqqət yetiriblər və bu indi daha yüksək kontrast səviyyəsini və daha dərin tünd çalarları təmin edir, bu da zəif işıqlı şəraitdə görmə gərginliyini azaldır.

Həmçinin ekranın yuxarı hissəsində Meta neyron şəbəkəsinin süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub.

Dizaynın yenilənmiş versiyası artıq Android və iOS sistemlərində “WhatsApp” istifadəçiləri arasında yayılmağa başlayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR