• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ərdoğana qarşı bir sıra güclərin planları hər zaman olub, indi də var - AÇIQLAMA

SİYASƏT

20 May 2024 | 16:57

Ərdoğana qarşı bir sıra güclərin planları hər zaman olub, indi də var - AÇIQLAMA

Türkiyədə çevrilişə cəhd iddiası ilə polis daxilində başlayan "təmizləmə" işi davam etməkdədir.

Məlum olduğu kimi, Türkiyədə hüquq-mühafizə orqanları “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı əməliyyat keçirib və xeyli polis vəzifədən uzaqlaşdırılıb. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı baş verənlər bağlı həyəcan təbili çalaraq Ərdoğanı devirmək üçün sui-qəsdin təşkil oluna biləcəyi ehtimallarını da gündəmə gətirib. MHP sədri əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb.

AĞ Partiyanın sədri Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında deyib ki, qardaş Türkiyə türk-islam dünyası üçün çox önəmli ölkədir.

Onun sözlərinə görə, Türkiyə liderlərinin tutduğu xətt, siyasi kursları da çox əhəmiyyətlidir, çünki Türkiyə sadəcə regiona deyil, dünya siyasətinə bu və ya digər formada təzyiq edə biləcək əsas güclərdəndir:

"Bu baxımdan beynəlxalq istəyirlər ki, Türkiyə onların maraqları çərçivəsində hərəkət etsin. Türkiyəni yenidən özünün müstəqil xətti, mövqeyi və xarici siyasəti olmayan bir dövlət kimi görməyi arzulayırlar. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndən bu yana onu devirmək, hətta fiziki mənada aradan götürmək cəhdləri hər zaman olub. 2016-cı ilin iyul ayında Türkiyədə baş vermiş FETÖ hərbi çevriliş cəhdi də buna misaldır. Şübhəsiz, bir neçə sui-qəsd və çevriliş cəhdləri də var ki, hələlik qapalı vəziyyətdədir, amma zamanı yetişəndə onlar da aktivləşəcək. Amma Ərdoğanın da vurğuladığı kimi "dünya beşdən böyükdür" və Türkiyə altıncı olmaq niyyətindədir. Türkiyəni indiki gücə, qüdrətə çatdıran çatdıran hakim Ədalət və İnkişaf Partiyası və onun lideri Ərdoğandır".

Həmsöhbətimiz bəyan edib ki, Türkiyə liderinə qarşı bir sıra güclərin planları hər zaman olub, indi də var:

"Burada ABŞ, FETÖ xətti, Avropa və İsrail ayaqları var. Rusiya və Çin kimi ölkələrin də öz maraqları var. Türkiyə kimi böyük ölkələrdə belə təşəbbüslər qaçılmazdır. Təkcə polis sistemində deyil, ölkənin müxtəlif strukturlarında xarici güclərin "5-ci kolon"ları mövcudluğu şübhə doğurmur. Türkiyə iqtidarı onu devirmək istəyən qüvvələrdən daha güclü olmalıdır ki, bütün cəhdlərin qarşısını zamanında ala bilsinlər. Əsas odur ki, MİT və daxili milli qüvvələr yetərincə güclü olsun”.

Tural Abbaslı: Türkiyə iqtidarı onu devirmək istəyən qüvvələrdən daha güclü olmalıdır ki...

Son zamanlar Türkiyədə iqtidar-müxalifət dialoqunun da başladığını deyən Tural Abbaslıya görə, bu da Ərdoğanın əlini gücləndirən, xarici dairələrin müxalifətdən istifadə imkanlarını azaldan amildir:

“Görünür, bu da bir sıra qüvvələri hiddətləndirib".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024