İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ-nin Ed-Dafra hərbi bazasına zərbə endirildiyini iddia edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, hərbi qurumun məlumatına görə, “Həqiqi vəd-4” əməliyyatının 66-cı mərhələsi çərçivəsində İsrail və ABŞ-yə qarşı həyata keçirilən hücumlar zamanı Qüds, Hayfa və BƏƏ-də yerləşən Ed-Dafra bazasında hədəflər vurulub.
İran hərbçilərinin sözlərinə görə, hücumlar zamanı “Khorramshar”, “Qadr” və “Emad” tipli raketlərdən istifadə olunub.
Bakı 




