• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hindistanda dəhşətli qəza - 18 nəfər ölüb

DÜNYA

20 May 2024 | 19:22 | Müəllif: Subhan Mahmudov

Hindistanda dəhşətli qəza - 18 nəfər ölüb

Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobilin dərəyə düşməsi nəticəsində azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdırmışlar. Avtomobil yoldan çıxaraq dərəyə düşüb.

"On iki qadın və bir kişi yerindəcə ölüb. Daha 9 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Beş qadın xəstəxanada ölüb", - yerli polisin sözçüsü Abxişek Pallava jurnalistlərə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026