• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Fransa Cənubi Qafqazda növbəti eskalasiyanı təhrik edir - Zaxarova

DÜNYA

19 Iyun 2024 | 16:20

Fransa Cənubi Qafqazda növbəti eskalasiyanı təhrik edir - Zaxarova

Fransa Ermənistana “Sezar” haubitsaları satmaqla Cənubi Qafqazda növbəti eskalasiyanı təhrik edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində bildirib.

Rusiyalı diplomat İrəvanla Paris arasında son silah sazişini şərh edərkən deyib ki, Paris Cənubi Qafqazda növbəti hərbi qarşıdurma spiralını təhrik edir.

Zaxarovanın sözlərinə görə, Paris ölkələr arasında mövcud fikir ayrılıqlarından öz fürsətçi məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır.

Onun sözlərinə görə, bunlar təkcə şəxsi maraqlarını deyil, həm də Fransanın “NATO ideologiyasının tərəfdarı” olmasını nəzərdə tutur.

Günel Abbas


SON XƏBƏRLƏR