• Bakı 26° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Məhbusların üçdə birinə amnistiya verilə bilər

DÜNYA

19 Iyul 2024 | 14:54

Məhbusların üçdə birinə amnistiya verilə bilər

Gürcüstanda parlament məhbuslara kütləvi amnistiya haqqında qanun layihəsini birinci oxunuşda dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, qanun layihəsinə uyğun olaraq, ölkədə məhkum edilmiş şəxslərin təxminən üçdə birinin amnistiyaya cəlb olunması nəzərdə tutulur.

Qeyd olunub ki, cari ilin iyulun 1-dək törətdiyi cinayətlərə görə məhkum olunmuş şəxslər amnistiyaya düşə biləcəklər.

Eyni zamanda bildirilib ki, sənədə əsasən, qətl, zorakılıq və ya digər ağır və xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş vətəndaşlar cəzalarının yüngülləşdirilməsinə ümid etməməlidirlər.

Qanun layihəsinin lehinə 82 deputat səs verib. İkinci və üçüncü oxunuşlar Gürcüstan parlamentinin payız sessiyası zamanı baş tutacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR