• Bakı 27° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Rusiya kəşfiyyatı: Avtovağzalda terror aktının qarşısı alınıb

DÜNYA

19 Iyul 2024 | 16:15

Rusiya kəşfiyyatı: Avtovağzalda terror aktının qarşısı alınıb

Rusiya kəşfiyyatı Yessentuki avtovağzalında terror aktı hazırlayan şübhəli saxlayıb.

Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) açıqlama yayıb.

Açıqlamada Orta Asiya əsilli şəxsin Yessentuki şəhərindəki avtovağzalda terror aktı hazırlayarkən yaxalandığı bildirilib. 

“Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü, Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı tərəfindən Stavropol diyarında planlaşdırılan terror aktının qarşısı alınıb. Tutulan şəxsin əl istehsalı partlayıcıdan istifadə edərək Yessentuki şəhərinin nəqliyyat infrastrukturuna hücum hazırladığı və izdihamlı bir vaxtda bombanın harada yerləşdirilməsi üzərində işlədiyi məlum olub. Belə ki, şəxsin yaşadığı yerdə terror təbliğatını ehtiva edən materiallar tapılıb", -deyə açıqlamada qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR