• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Estoniya Ukraynaya qoşun göndərməyə hazırdır - Anneli Kolk

DÜNYA

19 Iyun 2024 | 14:10

Estoniya Ukraynaya qoşun göndərməyə hazırdır - Anneli Kolk

Rəsmi Tallin Estoniya qoşunlarının Ukraynaya müharibə zonasına göndərilməsi məsələsini müzakirə etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfiri Anneli Kolk bildirib.

    "Biz NATO və ya Avropa İttifaqının və liderlərimizin, xüsusən də Müdafiə Nazirliyinin ümumi mövqeyinə ümid edirik. Onlar bunu müzakirə edirlər və bu yaxınlarda bəyan ediblər ki, bizim üçün mümkün olmayan heç nə yoxdur", - deyə estoniyalı diplomat vurğulayıb.

    Kolk estoniyalı hərbçilərin Ukraynaya göndərilməsinin Tallin üçün qırmızı xətt olmadığını da əlavə edib.

    "Bilirəm ki, bizim Müdafiə Nazirliyimiz və bütün digər nazirliklər hər gün daha çox nə edə biləcəyimizi, Ukraynaya daha nə verə biləcəyimizi düşünürlər", - deyə o fikrini yekunlaşdırıb.


    SON XƏBƏRLƏR