• Bakı 28° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.8391

    RUB - 0.0188

ABŞ İranın qəza ilə bağlı yardım xahişini qəbul etməyib

DÜNYA

20 May 2024 | 22:56

ABŞ İranın qəza ilə bağlı yardım xahişini qəbul etməyib

ABŞ İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı İranın yardım xahişini qəbul edib, lakin bunu təmin edə bilməyib. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

"İran hökuməti tərəfindən bizdən kömək istənildi. Biz onlara açıq şəkildə bildirdik ki, bu tip vəziyyətdə istənilən xarici hökumətin müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Sonda biz kömək göstərə bilmədik”, - deyə o bildirib.

Miller izah edib ki, iranlılara “əsasən logistik xarakterli səbəblərə görə” kömək etmək mümkün deyil. O, hansı yardımın müzakirə olunduğunu dəqiqləşdirməkdən imtina edib.


SON XƏBƏRLƏR

02 Iyun 2024
01 Iyun 2024