• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Prezident: Ermənistanla sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanlar var

SİYASƏT

20 May 2024 | 15:19

Prezident: Ermənistanla sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanlar var

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

    Azərbaycan Prezidenti Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərimizin işğalının davam etdiyini vurğulayıb.

    Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən dövlət başçısı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd edib.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024