• Bakı 28° C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

DÜNYA

20 May 2024 | 18:57

Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopteri heç bir fövqəladə vəziyyət siqnalı verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, qəza siqnalının ötürülməsi sistemi yox olub və ya sıradan çıxıb.

"Helikopterin qəzaya uğradığı ərazi dənizdə və havada axtarış və xilasetmə üçün məsuliyyət daşıdığımız ərazi olduğundan, biz bütün təyyarə və gəmilərin siqnallarına da nəzarət edirik. İlk öncə helikopterin siqnal verib-verməməsinə nəzarət etdik. Dərhal İran tərəfi ilə əlaqə saxladıq, lakin təəssüf ki, siqnalizasiya sisteminin sıradan çıxdığını və ya itdiyini müəyyən etdik", - o deyib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub


SON XƏBƏRLƏR

18 Iyun 2024