Rusiya Ukrayna prezidenti Vladimir Zelenskini qanuni hərbi hədəf hesab edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev bildirib ki, Zelenski ruslara və ukraynalılara qarşı cinayətlərə görə tutulmalı və mühakimə edilməlidir.
Onun sözlərinə görə, həm Zelenski, həm də onun varisləri Ukraynanın təslim olması aktını imzalaya bilərlər.
Mina Mikayılova
















