• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Sallivan: Kiyevə verilən F-16-lar Ukraynada yerləşdiriləcək

DÜNYA

19 Iyun 2024 | 13:55

Sallivan: Kiyevə verilən F-16-lar Ukraynada yerləşdiriləcək

ABŞ tərəfindən Kiyevə verilən F-16 qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan PBS telekanalına müsahibəsində bildirib.

“Plan ondan ibarətdir ki, F-16-lar Ukraynada yerləşdiriləcək. Prezident Bayden ilə Prezident Zelenskinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bu məqamı vurğulayır: biz Ukraynaya bu imkanları əldə etməkdə kömək olmaq istəyirik. Bu vasitələr Ukraynada yerləşdirilməlidir”, - o deyib.


SON XƏBƏRLƏR