• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verdi

DÜNYA

20 May 2024 | 19:43

Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verdi

BMT Baş katibi Antoniu Quterreş İran İslam Respublikasına başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, Baş katib helikopter qəzasında insan itkisindən dərin kədərləndiyini bildirib.

"İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onların həmkarları mayın 19-da helikopter qəzasında həlak olublar. Baş katib mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı verirəm", - Quterreş qeyd edib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024