• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Latviya şirkətləri də Qarabağın bərpasında iştirak edə bilər

İQTİSADİYYAT

20 May 2024 | 21:02

Latviya şirkətləri də Qarabağın bərpasında iştirak edə bilər

Latviya parlamentinin sədri Dayqa Mierina mayın 19-da Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratlarını bölüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu.

O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması 30 illik müddəti əhatə etsə də, xalqlarımız arasında mədəni əlaqələrin tarixi daha dərindir. Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.

Dayqa Mierina Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də şahidi olduğunu söyləyib. O, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.


SON XƏBƏRLƏR

26 Iyul 2024