• Bakı 29° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

Azərbaycan və Avstriya qarşılıqlı investisiya qoyuluşunu artırıblar

İQTİSADİYYAT

19 Iyun 2024 | 16:12

Azərbaycan və Avstriya qarşılıqlı investisiya qoyuluşunu artırıblar

Bu ilin I rübündə Azərbaycan Avstriya iqtisadiyyatına 28,95 milyon ABŞ dolları investisiya yatırıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 295,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Avstriyanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 8,8 % olub.

Yanvar-mart aylarında Avstriya isə Azərbaycan iqtisadiyyatına 27,2 milyonn ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 4,1 dəfə çoxdur.

İl ərzində Avstriyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,4 %-dən 1,8 %-ə qalxıb.


SON XƏBƏRLƏR