• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar... - Kobaxidze

DÜNYA

20 May 2024 | 21:45 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar... - Kobaxidze

Ölkə daxilində və xaricində olan qüvvələr Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Bu gün Rusiya müharibənin əvvəlindən 2,5 dəfə çox ərazini işğal edib. Ukraynada müharibə fonunda korrupsiya çiçəklənir, seçkilər, siyasi plüralizm, media azadlığı, ümumi demokratiya anlayışı ilə bağlı hər şey ləğv edilib. Kollektiv Milli Hərəkatın nümayəndələri bütün bunlara həsəd aparır, bunları Gürcüstanda görmək istəyir. Onlar Gürcüstanın Ukraynanın taleyini bölüşməsini istəyirlər. Əlbəttə ki, biz buna icazə verə bilmərik”, - Kobaxidze bildirib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026