• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Şəhidlər QR kodla gələcək nəsillərə ötürüləcək

DÜNYA

20 May 2024 | 17:41

Şəhidlər QR kodla gələcək nəsillərə ötürüləcək

Amasyadakı şəhid məzarları QR kod tətbiqi ilə rəqəmsal mühitə daşınaraq qəhrəmanlıq hekayələri gələcək nəsillərə ötürüləcək.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, Amasya Ailə və Sosial Xidmətlər İl Müdirliyi Amasyadakı bütün şəhid məzarlarını rəqəmsal mühitə köçürüb. 

Rəqəmsal mühitdə məlumatlar QR kod üsulu ilə şəhid məzarları üzərində qeydə alınıb. Şəhid məzarlarını ziyarət edən vətəndaşlar öz smartfonları ilə məzarların üzərindəki QR kodu skan edərək şəhidin doğum yeri, şəhadət tarixi və yeri kimi məlumatları əldə edə biləcəklər.

Hər bir şəhid üçün ayrıca səhifə yaradılıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024