• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

“WhatsApp”da yeniliklər davam edir

Multİmedia

25 Aprel 2024 | 13:03

“WhatsApp”da yeniliklər davam edir

“WhatsApp”a yeni funksiya gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu “WhatsApp” tərtibatçıları “X” sosial şəbəkəsindəki səhifəsində bildiriblər.

Belə ki, yenilik Face ID və Touch ID vasitəsilə biometrikadan istifadə etməklə və ya cihazın özündən kilid parolundan istifadə etməklə "WhatsApp"a daxil olmağa imkan verəcək.

Beləliklə, istifadəçilər messencerə SMS olmadan daxil ola biləcəklər ki, bu da avtorizasiyanı asan və təhlükəsiz edəcək.

Bundan əlavə, bu üsul şəbəkəyə çıxış olmadıqda və ya səyahət edərkən faydalı olacaq - daxil olmaq üçün SMS vasitəsilə göndərilən parol koduna ehtiyac olmayacaq. "Passkey" üsullarından birini istifadə etmək şəxsiyyəti təsdiqləmək üçün kifayət edəcək.

“Hesab” - “Giriş Açarları” bölməsini açmaqla "WhatsApp" tətbiqindəki parametrlərdə "Passkey" funksiyasını aktivləşdirmək mümkündür.

Yenilik artıq iOS-da messencer istifadəçiləri arasında yayılmağa başlayıb, lakin funksiya bəzi cihazlarda dərhal görünməyə bilər.

“WhatsApp” tərtibatçılarının bu funksiyanı “Android” üçün messencerdə tətbiq etmək planlarının olub-olmadığı barədə məlumat verilmir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 May 2024