• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Bakıda 2600 manatlıq antik samovar oğurlandı

HADİSƏ

20 May 2024 | 14:56

Bakıda 2600 manatlıq antik samovar oğurlandı

Bakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 1979-cu il təvəllüdlü Kənan Orucov saxlanılıb.

Faktla bağlı 41-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. K.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024