• Bakı 19° C

    17.72 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Goranboyda narkokuryer saxlanıldı

HADİSƏ

19 Iyun 2024 | 10:33

Goranboyda narkokuryer saxlanıldı

Goranboyda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində Mingəçevir şəhər sakini Əli Əliyev saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 kq-a yaxın tiryək və heroin aşkarlanıb.

Araşdırmalarla zamanı Ə. Əliyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

20 May 2025