Bakının Sabunçu rayonunda avtoqəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 62 yaşlı piyada Şəfaqət Abbasova xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Bildirilib ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
















