• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Masallıda HADİSƏ: Qardaşının həyətindən oğurluq etdi

HADİSƏ

17 Avqust 2024 | 11:24 | Müəllif: Əli Hüseynov

Masallıda HADİSƏ: Qardaşının həyətindən oğurluq etdi

Masallıda oğurluq edən şəxslər saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birinin həyətindən 1370 manat dəyərində inşaat materialları oğurlayan şəxs saxlanılıb. Əməli törədən şəxsin zərərçəkmişin qardaşı, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov olduğu müəyyən edilib.

    Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birindən oğurluq edən Salam Əzizov saxlanılıb. Saxlanılan şəxsin sözügedən obyektin həyətindən ümumi dəyəri 5000 manat olan soyuducu, elektrik transformatoru və digər məişət avadanlıqları oğurladığı müəyyən edilib.

    Faktlarla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026