• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda övlad anasının ölümünə səbəb olub? - VİDEO

HADİSƏ

16 Sentyabr 2024 | 09:40

Bakıda övlad anasının ölümünə səbəb olub? - VİDEO

Bakıda ananın öz qızının vurduğu iynədən sonra şoka düşərək vəfat etdiyi iddia edilir.

Bakıvaxtı.az xəbər verir ki, 71 yaşlı Sədaqət Zeynalabdin qızı Bayramova xəstə olduğu üçün öz övladı ona antibiotik iynəsi vurub.

Bu zaman onun səhhəti daha da ağırlaşıb. Yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Mərhumun oğlanları bildiriblər ki, əslində, yayılan məlumat həqiqəti əks etdirmir. Onların sözlərinə görə, anaları ürək çatışmazlığından vəfat edib. Sadəcə xəstəxanada anasının keçindiyini eşidən qızı başına döyərək, "axı mən sənin iynəni niyə gec vurdum" deyərək ağlayıb. Bunu eşidənlər isə belə şayiə yayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026