• Bakı 16° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Mersedes"lə toqquşan "Prius" kanala düşdü

HADİSƏ

15 Oktyabr 2024 | 19:12 | Müəllif: Subhan Mahmudov

"Mersedes"lə toqquşan "Prius" kanala düşdü

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində İmişli şəhəri Məşədi Əzizbəyov və Qadir İsmayılzadə küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı Adəm Əzizalıyevin idarə etdiyi 90-ZZ-538 dövlət nömrə nişanlı "Mersedes" markalı minik maşını və Vüsal Abbasovun idarə etdiyi 77-BE-398 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil toqquşub, “Toyota” su kanalına düşüb. Hadisə zamanı xəsarət alan hər iki sürücü və sərnişinlər Natiq Nəsirov, İsmayıl Abbasov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026