• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı

HADİSƏ

19 Iyul 2024 | 09:24

Çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirlərlə 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb. Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğu Salman saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldıÇətənə kolları becərən iki ailənin üzvləri saxlanıldıÇətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026