• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub

HADİSƏ

18 Iyun 2024 | 19:09 | Müəllif: Gülşən Şərif

Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” “qaynar xətt”inə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyatyanı sahədə yanğınların baş verməsi barədə informasiyalar daxil olub.

Məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və fərdi yaşayış evinə, yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026