• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Azərbaycanda kibercinayətkar saxlanılıb

HADİSƏ

18 Iyul 2024 | 17:55

Azərbaycanda kibercinayətkar saxlanılıb

Müxtəlif şəxslərin konfidensional məlumatlarını əldə edərək onları şantaj edən şəxs saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, "102" çağrı mərkəzinə “İnstagram” sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə “mütəxəssis-xaker” kimi təqdim edən naməlum şəxslə bağlı müraciətlər daxil olub.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, xaker vətəndaşların rüsvayedici formada görüntülərinin sosial şəbəkədə yayılması ilə bağlı hədə-qorxu gələrək onlardan pul tələb edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nurlan İsmayılov saxlanılıb.

O, aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb.

 


SON XƏBƏRLƏR