Cazəçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinə cəhdin qarşısı alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, 6 saylı cəzaçəkmə müəssisəsinin məhkum Elçin Əlisəfa oğlu Məmmədovun həyat yoldaşının üzərindən onunla görüş zamanı 8,499 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.