• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Boşanacaqları deyilirdi... - Volkan Dəmirəldən CAVAB

İDMAN

20 May 2024 | 21:31

Boşanacaqları deyilirdi... - Volkan Dəmirəldən CAVAB

Ötən həftə baş məşqçisi olduğu "Hatayspor"la yollarını ayıran Volkan Dəmirəllə 13 illik həyat yoldaşı Zeynep Dəmirəllə boşanmağa hazırlaşdıqları iddia edilib. 

Bakıvaxtı.az bildirir ki, məsələ ilə bağlı açıqlamanı Volkan Dəmirəl verib.

Xəbərə görə, Zeynep Dəmirəl əvvəllər də boşanmağı düşünüb, lakin Hatay zəlzələsi səbəbindən bu qərarını təxirə salıb. Zeynep Dəmirəlin boşanma prosesinə başladığı iddia edilib.

Volkan Dəmirəl sosial media hesabında paylaşım edərək yazıb: "Bəzən (əksər evliliklərdə olduğu kimi) mübahisə edib anlaşa bilmirik. Amma boşanma iddiası verdiyimiz xəbərlər doğru deyil. Hazırda səhər qəhvəmizi birlikdə içirik".

2010-cu ildə ailə quran cütlük 2014-cü ilin fevralında Yade, 2017-ci ilin avqustunda isə Yeda adlı qızlarını dünyaya gətirib./lent.az


SON XƏBƏRLƏR

26 Iyul 2024