• Bakı 30° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

"Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli oldu

İDMAN

19 Iyun 2024 | 16:55

Sabah və Sumqayıt klublarının rəqibləri bəlli oldu

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən "Sumqayıt" "Fehervar" (Macarıstan) kollektivi ilə qarşılaşacaq.

Samir Abasovun yetirmələri ilk oyununu evdə keçirəcək.

"Sabah" isə İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi ilk görüşünə səfərdə çıxacaq.

Bundan başqa, UEFA Avropa Liqasında “Şerif” – “Zirə” cütünün məğlubu Konfrans Liqasında "Dunayska Ştreda" (Slovakiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək


SON XƏBƏRLƏR

21 Iyul 2024