• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ən bahalı qapıçıları müəyyənləşib

İDMAN

19 Iyul 2024 | 16:46

Dünyanın ən bahalı qapıçıları müəyyənləşib

Dünyanın ən bahalı qapıçıları müəyyənləşib.

Bakıvaxtı.az "Transfermarkt"a istinadən xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mamardaşvili və Portuqliya yığmasının qolkiperi Dioqu Koşta AVRO-2024-dən sonra dünyanın ən bahalı qapıçıları olub.

23 yaşlı gürcüstanlı qapıçı siyahıda birinci, Portuqaliya yığmasının 24 yaşlı üzvü isə ikinci pillədə yer alıb. Hər iki qapıçın qiyməti 45 milyon avro olaraq dəyərləndirilib. 3 və 4-cü yerlərdə müvafiq olaraq Fransanın PSJ klubundan Canluici Donnarumma, Almaniya təmsilçisi "Borussiya"dan (Dortmund) Qreqor Kobel yer alıb. Bu qapıçıların qiyməti isə 40 milyon avro olaraq dəyərləndirilib.

Qeyd edək ki, Gürcüstan millisi 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq Avropa çempionatında mübarizəni dayandırıb. Ümumilikdə 4 oyunun hamısında iştirak edən G.Mamardaşvili 29 seyvlə yadda qalıb ki, bu da AVRO-2024-ün rekordu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026