• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Real Madrid"ə 100 milyon avroluq TƏKLİF

İDMAN

18 Avqust 2024 | 13:30 | Müəllif: Subhan Mahmudov

"Real Madrid"ə 100 milyon avroluq TƏKLİF

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Real Madrid"in 26 yaşlı mərkəz müdafiəçisi Eder Militaonun transferi üçün kral klubuna 100 milyon avro təklif edib.

Bakıvaxtı.az championat.com-a istinadən xəbər verir ki, ispan klubu artıq bu təklifdən imtina etmək qərarına gəlib

Militaonun zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmasına baxmayaraq, Madrid klubu onu müdafiənin əsas oyunçusu hesab edir.

Braziliyalı futbolçu 2019-cu ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 156 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR