• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Çimərlik futbolu üzrə millimiz təlim-məşq toplanışında olacaq

İDMAN

17 Sentyabr 2024 | 10:05

Çimərlik futbolu üzrə millimiz təlim-məşq toplanışında olacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində yoldaşlıq oyunları da keçirəcək.

Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Yığma Türkiyəyə bu heyətlə yollanacaq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024